Bu il Azərbaycandan 3,6 milyon ton xam neft və neft məhsulları ixrac edilib

Bu il Azərbaycandan 3,6 milyon ton xam neft və neft məhsulları ixrac edilib

BİZNES
299

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan dünyanın 11 ölkəsinə 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac edilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 969 milyon ABŞ dolları və ya 36,3%, fiziki həcm baxımından isə 1,178 milyon ton və ya 24,7% azalıb.

Eyni dövrdə Azərbaycan xarici ölkələrlə ümumi ticarət dövriyyəsini 6,264 milyard ABŞ dolları səviyyəsində həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azalma deməkdir.

Xarici ticarətin 3,665 milyard dolları ixrac, 2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycandan 3,6 milyon ton xam neft və neft məhsulları ixrac edilib — Fins.az — Fins.az