Bu il Azərbaycan–ABŞ ticarəti 338,6 milyon dollar olub

Bu il Azərbaycan–ABŞ ticarəti 338,6 milyon dollar olub

BİZNES
91

2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının ümumi həcmi 338,609 milyon ABŞ dolları olub.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 milyon dollar və ya 26,5% azalma deməkdir.

Hesabat dövründə ABŞ ilə ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,95%-ni təşkil edib.

İxracın həcmi 27,7 milyon dollar olub ki, bu da illik müqayisədə 15,3% artım göstərir. İdxal isə 310,9 milyon dollar təşkil edib və 28,8% azalıb.

Ümumilikdə isə Azərbaycanın 2026-cı ilin ilk 4 ayında xarici ticarət dövriyyəsi 17,403 milyard dollar olub. Son bir ildə ixrac 35,2% artdığı halda, idxal 32,1% azalıb və nəticədə 6,354 milyard dollarlıq müsbət ticarət saldosu formalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycan–ABŞ ticarəti 338,6 milyon dollar olub — Fins.az — Fins.az