Bu il Azərbaycana idxal olunan minik və yük avtomobillərinin sayı açıqlanıb

Bu il Azərbaycana idxal olunan minik və yük avtomobillərinin sayı açıqlanıb

BİZNES
392

2026-cı ilin yanvar ayında ölkəyə idxal olunan avtomobillərin sayı 6 774 minik, 569 yük avtomobili və 189 avtobus təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı yanvar-fevral makroiqtisadi göstəricilərində yer alıb.

Hesabata əsasən, idxal olunmuş malların daşınmasında avtomobillərin payı 62,4%, dəmir yolu vasitələrinin payı 13,6%, dəniz nəqliyyatının payı 12,4%, hava nəqliyyatının payı 10,7%, digər daşınma vasitələrinin payı 0,7% təşkil edib. Boru kəməri və elektrik ötürücü xətləri ilə daşınan məhsulların payı isə 0,2% olub.

İxrac göstəricilərinə görə, göndərilən məhsulların 53,1%-i İtaliyaya, 12%-i Türkiyəyə, 4,3%-i Rumıniyaya, 3,8%-i Bolqarıstana, 3,6%-i Rusiyaya, 3,1%-i Gürcüstana, 2,2%-i Almaniyaya, 2,1%-i Yunanıstana, 2%-i Portuqaliyaya, 1,8%-i Xorvatiyaya, hər biri 1,7% olmaqla Çexiya və İsveçrəyə, 1,5%-i Suriyaya, 1,3%-i Tunisə, 0,8%-i İndoneziyaya, 0,7%-i Ukraynaya, 0,6%-ı Serbiyaya və hər biri 0,5% olmaqla Qazaxıstan və Çinə, hər biri 0,3% olmaqla ABŞ, Əfqanıstan və Belarusa, 1,8%-i isə digər ölkələrə ixrac olunub.

Qeyd olunub ki, bu məlumatlar Azərbaycan nəqliyyat və ticarət sektorunun fəaliyyətinin qiymətləndirilməsi, idxal-ixrac strukturunun təhlili və bazar paylarının izlənməsi üçün statistik göstərici rolunu oynayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycana idxal olunan minik və yük avtomobillərinin sayı açıqlanıb — Fins.az — Fins.az