Bu il Azərbaycan-Rusiya ticarət dövriyyəsi 500 milyon dollara yaxın olub

Bu il Azərbaycan-Rusiya ticarət dövriyyəsi 500 milyon dollara yaxın olub

BİZNES
182

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan ilə Rusiya arasındakı ticarət dövriyyəsi 499,979 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 497,962 milyon dollar və ya 49,9% azalıb.

Hesabat dövründə Rusiyaya ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarətinin 7,98%-ni təşkil edib və Rusiya bu dövrdə ən çox ticarət aparan ölkələr arasında 4-cü yeri tutub.

Yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya ixrac olunan məhsulların dəyəri 157,763 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,895 milyon dollar və ya 4,6% çoxdur. Rusiya ixracda Azərbaycanın 4-cü ən böyük tərəfdaşıdır.

Eyni zamanda, Rusiyadan Azərbaycana idxal 342,216 milyon dollar təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 504,857 milyon dollar və ya 59,6% azalma deməkdir. Bu göstərici Rusiyanı idxalda Azərbaycanın 3-cü ən böyük ticarət tərəfdaşı edir.

Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatları həyata keçirib. Xarici ticarətin 3,665 milyard dolları ixrac, 2,599 milyard dolları idxal payına düşüb. Son bir ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb.

Nəticədə xarici ticarətdə 1,066 milyard dollar həcmində müsbət saldo formalaşıb ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycan-Rusiya ticarət dövriyyəsi 500 milyon dollara yaxın olub — Fins.az — Fins.az