İki ayda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 150 milyon dollara yaxın olub

İki ayda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 150 milyon dollara yaxın olub

BİZNES
815

Yanvar-fevral aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 150 milyon dollara yaxın olub.

Ukrayna Dövlət Statistika Komitəsindən  məlumat verilib

İki ayda Azərbaycandan bu ölkəyə 88,1 milyon dollarlıq məhsul ixrac olunub. Hesabat dövründə Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 60,7 milyon dollar təşkil edib.

Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İki ayda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 150 milyon dollara yaxın olub — Fins.az — Fins.az