İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 16%-dən çox olub

İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 16%-dən çox olub

BİZNES
433

“Azərbaycanla İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələri arasında çox sıx iqtisadi əməkdaşlıq mövcuddur, bu əlaqələr artan xətlə inkişaf etməkdədir”.

 İstanbul müxbirinin xəbərinə görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov islam Əməkdaşlığı Təşkilatının İqtisadi və Ticarət əməkdaşlığına dair Daimi Komitəsinin 38-ci iclasında iştirakı zamanı azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla İƏT ölkələri ilə ticarət dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,4% artaraq, 7,7 mlrd. ABŞ dolları təşkil edib.

Nazir müavini əlavə edib ki, İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 16,5% təşkil edib.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 16%-dən çox olub — Fins.az — Fins.az