"Hökumət qiymət artımı məsələsilə ciddi məşğul olacaq"

"Hökumət qiymət artımı məsələsilə ciddi məşğul olacaq"

BİZNES
550

“Azərbaycan hökuməti qiymət artımı məsələsini daim nəzarətdə saxlayır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Ə. Əsədov bildirib ki, öz imkanlarından istifadə edərək bu məsələ ilə ciddi məşğul olacaq: “Antiinhisar komitəsi tərəfindən gündəlik monitorinqlər aparılır. Bir çox halda bizlərdən asılı olmayan məsələlər də var. Bizim ticarət partnyorumuz olan ölkələrdə də qiymətlərin artımı gedir. Ancaq bu istiqamətdə tədbirlər görüləcək. Qiymət artımını yanacağın qiymətlərinin artırılması ilə əlaqələndirilənlər var. Bu var. Amma hökumət tərəfindən kifayət qədər subsidiyalar verilib”.

APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Hökumət qiymət artımı məsələsilə ciddi məşğul olacaq" — Fins.az — Fins.az