
Hökümət 2021-ci ildə Qarabağda yenidənqurma işlərinə nə qədər vəsait ayıracaq?
2021-ci ildə Azərbaycan hakimiyyəti Qarabağdakı erməni işğalından azad edilmiş ərazilərdə yenidənqurma işləri üçün 2,2 milyard manat (1,3 milyard dollar) ayırmağı planlaşdırır.
Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb.
Məlumata görə,"2021-ci il dövlət büdcəsi layihəsində azad edilmiş ərazilərdə yenidənqurma tədbirlərinin maliyyələşdirilməsinə 2,2 milyard manat vəsait ayrılıb" deyə Maliyyə Nazirliyindən qeyd edilib.
Xüsusilə bu vəsaitlərin azad edilmiş ərazilərdəki kommunal infrastrukturun, habelə mədəni və tarixi abidələrin bərpasına yönəldilməsi planlaşdırılır.