Hindistan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Hindistan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

BİZNES
92

Fins.az - Hindistanın Mərkəzi Bankı – Reserve Bank of India əsas faiz dərəcəsini (REPO dərəcəsini) illik 5,25 faiz səviyyəsində saxlayıb.

Beləliklə, uçot dərəcəsi 2022-ci ilin iyul ayından bəri ən aşağı səviyyədə qalmağa davam edir. Bu göstərici ötən ilin dekabr ayından dəyişdirilməyib.

Tənzimləyici, həmçinin məcburi ehtiyat normasını da 3 faiz səviyyəsində saxlayıb. Hər iki qərar iqtisadçıların gözləntilərinə uyğun olub.

Bununla yanaşı, Mərkəzi Bank ölkə iqtisadiyyatı üzrə artım proqnozunu aşağı salıb. Yeni proqnoza əsasən, 2026–2027 maliyyə ilində Hindistan iqtisadiyyatının 6,6 faiz artacağı gözlənilir. Əvvəlki proqnoz isə 6,9 faiz idi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hindistan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib — Fins.az — Fins.az