
Hidroelektrik stansiyalarda avtomatlaşma 2030-cu ilədək 100%-ə çatdırılacaq
Hidroelektrik stansiyalarda hazırda avtomatlaşma səviyyəsi 75–80% təşkil edir.
Fins.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun üçüncü günündə bildirib.
Onun sözlərinə görə, əsas hədəf 2030-cu ilədək hidroenergetika sahəsində avtomatlaşma səviyyəsinin 100%-ə çatdırılmasıdır.
Vüqar Kərimov qeyd edib ki, bu istiqamət növbəti strateji sənəddə prioritet kimi müəyyənləşdirilib və rəqəmsallaşma prosesinin genişləndirilməsi planlaşdırılır.
Nazir müavini vurğulayıb ki, avtomatlaşma kənd təsərrüfatı və digər istifadəçilərin daha dəqiq məlumat əldə etməsinə imkan yaradacaq, həmçinin iqlim ssenarilərinin hazırlanması və məlumat bazalarının effektiv istifadəsinə töhfə verəcək.