Hərracda 74 dövlət əmlakı özəlləşdirilib

Hərracda 74 dövlət əmlakı özəlləşdirilib

BİZNES
812

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 71 nəqliyyat vasitəsi  satılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Samux rayonunda yerləşən "Seyidlər üzüm emalı zavodu” və Şirvan şəhərində yerləşən fermadır.  

Satılan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1986-2014-cü illəri əhatə edir.

Hərraclarda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hərracda 74 dövlət əmlakı özəlləşdirilib — Fins.az — Fins.az