
Hər bir azərbaycanlı ödənişli xidmətlərə nə qədər pul xərcləyib-MƏBLƏĞ
2019-cu ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci illə müqayisədə real ifadədə 3,1% artaraq 9 607,3 mln. manat olub.
Fins.az xəbər verir ki bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumatda bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6953,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,4%-ni təşkil edib.
Hesabat ili ərzində hər bir ölkə sakini orta hesabla 970 manatlıq və ya 2018-ci illə müqayisədə nominal ifadədə 40,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.