Gürcüstandan Azərbaycana avtomobil ixracı 34% artıb

Gürcüstandan Azərbaycana avtomobil ixracı 34% artıb

BİZNES
966

2023-cü ilin yanvarında Gürcüstandan Azərbaycana 29,3 milyon dollar dəyərində 2 436 ədəd avtomobil ixrac edilib.

Fins.Az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb. Bildirilib ki, illik müqayisədə Azərbaycana ixrac edilən avtomobillərin sayı 46 ədəd və ya 1,9%, dəyəri isə 7,5 milyon dollar və ya 34,4% artıb.

Ötən ilin yanvarında Gürcüstan Azərbaycana 21,8 milyon dollar dəyərində 2 390 ədəd avtomobil ixrac edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstandan Azərbaycana avtomobil ixracı 34% artıb — Fins.az — Fins.az