Goldman Sachs və BNP Paribas artıq 2025-ci ildə ECB faiz endirimini gözləmir

Goldman Sachs və BNP Paribas artıq 2025-ci ildə ECB faiz endirimini gözləmir

BİZNES
479

Finss.az xəbər verir ki, Goldman Sachs və BNP Paribas analitikləri Avropa Mərkəzi Bankının sentyabr ayında faiz dərəcələrini azaldacağına dair proqnozlarından imtina ediblər və artıq 2025-ci ildə pul siyasətinin yumşaldılmasını gözləmirlər, Reuters xəbər verir.

ECB iyulun 24-də hər üç əsas faiz dərəcəsini dəyişməyərək, depozit dərəcəsini illik 2% səviyyəsində saxlayıb. Qərar analitiklərin gözləntilərinə uyğun olub. İyul iclasının yekunlarına dair press-relizdə deyilir ki, gələcək pul siyasəti qərarları inflyasiya proqnozları və əlaqəli risklərə əsaslanacaq.

ECB daha əvvəl 2024-cü ilin iyun ayından bu yana səkkiz dəfə uçot dərəcəsini endirdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Goldman Sachs və BNP Paribas artıq 2025-ci ildə ECB faiz endirimini gözləmir — Fins.az — Fins.az