Gəmiçilikdə enerji keçidi

Gəmiçilikdə enerji keçidi

BİZNES
1,964

Finss.az xəbər verir ki, gəmiçilik sənayesində enerji keçidi sürətlənməkdədir. Norveçin təsnifat şirkəti Det Norske Veritas (DNV) tərəfindən dərc edilən “Enerji Keçidinin 2025-ci il perspektivləri” adlı tədqiqatda qeyd olunur ki, 2030-cu ilə qədər gəmiçilikdə bioyanacaqların payı 4%-ə çata bilər.

Hesabatda bildirilir ki, bioyanacaqlar növbəti onillikdə kommersiya istifadəsi üçün ən real aşağı karbonlu enerji mənbəyi kimi qiymətləndirilir. DNV həmçinin qeyd edir ki, gələcək illərdə ekoloji təmiz metanolammonyak kimi alternativ yanacaqların daha geniş tətbiqi gözlənilir.

Tədqiqat müəlliflərinə görə, dünya gəmiçilik sənayesi qlobal emissiyaların azaldılması və yaşıl enerji keçidi istiqamətində mühüm dönüş mərhələsindədir. Bununla belə, bioyanacaqların geniş istifadəsi üçün infrastrukturun inkişafı, tənzimləyici dəstək və texnoloji investisiyalar zəruri hesab olunur.

Ekspertlər bildirirlər ki, bu tendensiya beynəlxalq dəniz nəqliyyatı sektorunun karbonsuzlaşdırılması strategiyası çərçivəsində mühüm addımdır və alternativ enerji mənbələrinin tətbiqini sürətləndirə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gəmiçilikdə enerji keçidi — Fins.az — Fins.az