Ford Otosanda istehsal fasiləsi

Ford Otosanda istehsal fasiləsi

BİZNES
274

Finss.az xəbər verir ki, Ford Otosan istehsala illik fasilə verir.

Şirkət İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) illik məzuniyyətlə əlaqədar dörd fabrikdə istehsalın dayandırılacağını açıqlayıb. Açıqlamada o da bildirilib ki, bu müddət ərzində fabriklərdə dövri texniki xidmət aparılacaq.

Açıqlamaya görə, Gölcük və Əskişəhər fabriklərində iyulun 27-dən avqustun 11-dək, Yeniköy fabrikində iyulun 27-dən avqustun 13-dək, Krayova fabrikində isə avqustun 2-dən avqustun 20-dək istehsal dayandırılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ford Otosanda istehsal fasiləsi — Fins.az — Fins.az