Fins.az-ın media tərəfdaşlığı ilə “Milli Brendlərin Pərakəndə Zirvəsi – 2026” uğurla başa çatıb

Fins.az-ın media tərəfdaşlığı ilə “Milli Brendlərin Pərakəndə Zirvəsi – 2026” uğurla başa çatıb

BİZNES
297

Azərbaycanın pərakəndə sektorunun ən mühüm biznes platformalarından biri olan “Mİlli Brendlərin Pərakəndə Zirvəsi – 2026” uğurla başa çatıb.

“Biznes Mərkəzi Klubu” və pərakəndə sektorun rəqəmsal bələdçisi “Gbaru.com” platformasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin media tərəfdaşı ölkənin aparıcı iqtisadi xəbər platformalarından biri olan “Fins.az” olub.

“Biznesin nəbzini tut!” devizi ilə fəaliyyət göstərən Fins.az tədbirin informasiya dəstəyini təmin etməklə yanaşı, zirvədə səsləndirilən mühüm mesajların geniş auditoriyaya operativ və analitik şəkildə çatdırılmasında xüsusi rol oynayıb. Portalın peşəkar media yanaşması tədbirin ictimai rezonansını artıraraq pərakəndə sektorun aktual gündəmini daha geniş kütləyə təqdim edib.

Fins.az – iqtisadi media platforması kimi möhkəm mövqe

Qeyd edək ki, Fins.az 18 oktyabr 2013-cü ildə təsis edilib və fəaliyyət göstərdiyi müddət ərzində ölkənin aparıcı iqtisadi-media platformalarından birinə çevrilib. Portal iqtisadiyyat, maliyyə və biznes sahələrində operativ, dəqiq və analitik məzmun təqdim etməklə etibarlı informasiya mənbəyi kimi tanınır.

Fins.az maliyyə, sənaye, kənd təsərrüfatı, turizm, avtomobil, əmlak, nəqliyyat, İKT və digər strateji sahələr üzrə gündəlik xəbərlər, təhlillər, müsahibələr və bazar icmalları yayımlayır. Portalın əsas prioriteti obyektivlik, operativlik və peşəkar jurnalistika prinsiplərinə sadiqlikdir.

İqtisadi maarifləndirməyə töhfə verən platforma

Fins.az dövlət qurumları, maliyyə institutları və biznes subyektləri ilə sıx əməkdaşlıq edərək ölkə iqtisadiyyatında baş verən yenilikləri geniş auditoriyaya çatdırır. Platforma iqtisadi maarifləndirmənin təşviqi, sahibkarlıq mühitinin inkişafı və ictimai rəyin formalaşmasına mühüm töhfə verməyi hədəfləyir.

Portal VT Company şirkətinə məxsusdur və şirkətin media, PR və kommunikasiya sahəsindəki peşəkar təcrübəsi Fins.az-ın strateji inkişafına, məzmun keyfiyyətinin yüksəldilməsinə və biznes auditoriyası ilə effektiv əlaqələrin qurulmasına imkan yaradır.

Sektor üçün mühüm platforma

Zirvə çərçivəsində keçirilən panel müzakirələrdə pərakəndə sektorun inkişaf perspektivləri, “Made in Azerbaijan” brendinin beynəlxalq bazarlarda mövqeyi və rəqəmsal marketinqin transformasiyası kimi aktual mövzular müzakirə olunub.

Tədbir təşkilatçıları bildiriblər ki, “Milli Brendlərin Pərakəndə Zirvəsi – 2026” ölkədə pərakəndə sektorun inkişafına töhfə verən mühüm platforma kimi yadda qalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fins.az-ın media tərəfdaşlığı ilə “Milli Brendlərin Pərakəndə Zirvəsi – 2026” uğurla başa çatıb — Fins.az — Fins.az