
Filippinlər Rusiyadan neft idxalını nəzərdən keçirir
Fins.az - Filippin hakimiyyəti ölkənin enerji təhlükəsizliyini gücləndirmək məqsədilə Rusiyadan neft idxalı imkanlarını araşdırır. Bu barədə Filippin Prezidenti Ferdinand Markos bildirib.
Onun sözlərinə görə, Rusiya indiyədək Filippinlər üçün ənənəvi enerji təchizatçısı olmasa da, mövcud qlobal şəraitdə bütün mümkün variantlar nəzərdən keçirilir.
Prezident əlavə edib ki, Manila eyni zamanda Çinlə enerji daşıyıcılarının tədarükünün artırılması istiqamətində danışıqlar aparır.
Markos vurğulayıb ki, ölkə hökuməti əsas məqsəd kimi sabit və etibarlı enerji təminatını qorumaq üçün bütün alternativləri qiymətləndirir.