FAO: 2025/26 Mövsümündə Dünya Taxıl İstehsalı Rekord Səviyyəyə Çatacaq

FAO: 2025/26 Mövsümündə Dünya Taxıl İstehsalı Rekord Səviyyəyə Çatacaq

BİZNES
484

Finss.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2025/26 məhsul ili üçün qlobal taxıl istehsalı proqnozunu 2 milyard 961 milyon ton səviyyəsində qiymətləndirib. Bu, təşkilatın iyul ayında verdiyi əvvəlki proqnozdan 35,6 milyon ton və ötən mövsümün göstəricisindən 3,5% çoxdur.

FAO-nun son aylıq icmalında qeyd olunur ki, bu artım əsasən qaba taxıl məhsuldarlığının yüksəlməsi ilə bağlıdır. Yenilənmiş proqnoza görə, qaba taxıl (xüsusilə qarğıdalı) istehsalı 1 milyard 601 milyon ton olacaq. Bu, əvvəlki mövsümə nisbətən 88,6 milyon ton və ya 5,9% artım deməkdir.

Bu artımın əsas səbəbi kimi ABŞ-da qarğıdalı istehsalının artması göstərilir. Eyni zamanda, Braziliya və Meksikada da qarğıdalı məhsulu üzrə proqnozlar yüksəldilib. Əksinə, Avropa İttifaqında (Aİ) davam edən quraqlıq səbəbindən məhsul təxminləri azaldılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
FAO: 2025/26 Mövsümündə Dünya Taxıl İstehsalı Rekord Səviyyəyə Çatacaq — Fins.az — Fins.az