
Əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı
Azərbaycanda kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb.
Marja xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir.
Aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır.
Restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;.Restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir. Saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır.