Evraz Plc-nin Rusiya aktivləri PАО “Evraz”a keçirilib

Evraz Plc-nin Rusiya aktivləri PАО “Evraz”a keçirilib

BİZNES
481

Fins.az - PАО “Evraz” şirkəti məhkəmə qərarını icra edərək Evraz Plc-nin Rusiyadakı aktivlərini öz balansına keçirib. Bu addım Moskva Arbitraj Məhkəməsinin 97,6 milyard rubl borcun aktivlər hesabına ödənilməsi ilə bağlı qərarından sonra atılıb.

Qərara əsasən, 1 aprel 2026-cı ildən etibarən Evraz Plc-nin Rusiya ərazisindəki əmlakı üzərinə tələb yönəldilib. Daha əvvəl şirkət iqtisadi əhəmiyyətli təşkilatlar siyahısına daxil edilmiş və onun korporativ hüquqları məhdudlaşdırılmışdı.

Hazırda yenilənmiş struktur çərçivəsində PАО “Evraz”ın səhmlərinin 2026-cı ilin birinci yarısında Moskva birjasında ticarətə çıxarılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...