Evdən işləyənlər IT təhlükəsizliyi necə təmin edə bilərlər? – MÜTƏXƏSSİS

Evdən işləyənlər IT təhlükəsizliyi necə təmin edə bilərlər? – MÜTƏXƏSSİS

BİZNES
892

Məlum olduğu kimi, dünyanın bir neçə ölkəsində koronavirus pandemiyasına görə işçilərin əksəriyyəti evdən işləməyə başlayıblar. Lakin həmin işçilərin bir çoxunda ev kompüterləri işdəkindən daha zəif qorunur. Buna görə də hazırki dönəmdə kompüterin qorunmasına xüsusi diqqət yetirmək lazımdır.

Fins.az xəbər verir ki, bununla bağlı Avast şirkətinin antivirus proqramçısı Ceyya Balu bir neçə məsləhət verib.

O, bildirib ki, əməkdaşlarını evdən işləməyə göndərən şirkətlər, onların ev kömpüterləri üçün lazımi dəstəyi təmin etməlidirlər: "Onlar öncə işçilərin korporativ materiallar üçün hansı xidmətlərdən istifadə etdiklərini öyrənməlidirlər. İşçilərə hətta prineterlə material çıxardıqda belə, ehtiyatlı olmalarını bildirin. Mümkünsə, işçilər ikifaktorlu identifikasiyadan istifadə etsinlər. Bu hesablar üçün əlavə qorunma vasitəsidir. İşçiləri yalnız müəyyən vəzifələri yerinə yetirməsi üçün lazım olan xidmətlərə qoşun. Onlara bütün korporativ şəbəkəyə giriş imkanı verməyin".

Balu qeyd edib ki, işçilər öz növbəsində Wi-Fi router üçün şifrəni dəyişdirməli, yönləndirmə parametrlərində port ötürülməsinin və şəbəkə protokollarının aktiv olub olmadığını yoxlamalıdırlar: "Şəbəkəyə qoşulmuş bütün cihazların qorunmasına əmin olmalısınız. Kibercinayətkarların ev şəbəkəsinə qoşulmuş digər qurğulara daxil olma potensialı hər zaman mövcuddur".

 

"Pandemiya zamanı evdən işləyən işçilərin elektron poçtlarına hakerlər tərəfindən fishing göndərilmə ehtimalı böyükdür. Koronavirusla əlaqəli mövzularda olan e-poçtlara diqqətli olmaq lazımdır: zərərli bağlantılar və əlavələr ola bilər. Göndərənin ünvanı tanış görünsə də, yenə də şübhəli - başqa bir kanal vasitəsi ilə göndərənlə əlaqə saxlaya bilərsiniz", – deyə mütəxəssis əlavə edib.

© TED

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Evdən işləyənlər IT təhlükəsizliyi necə təmin edə bilərlər? – MÜTƏXƏSSİS — Fins.az — Fins.az