EMTA və EPDK Arasında Enerji Sektorunda Rəqəmsallaşma üzrə Təcrübə Mübadiləsi Keçirilib

EMTA və EPDK Arasında Enerji Sektorunda Rəqəmsallaşma üzrə Təcrübə Mübadiləsi Keçirilib

BİZNES
149

Fins.az - Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2025-2026-cı illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) mütəxəssisləri arasında yekun görüş baş tutub.

Onlayn formatda keçirilmiş görüşün başlanğıcında İşçi qrupun EMTA və EPDK-dan olan həmsədrləri Elmar Güləliyev və Mustafa Yavuzdemir müvafiq dövr ərzində qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparıldığını bildiriblər. Keçirilən tədbirlərin hər iki qurum arasında əməkdaşlığa töhfə verdiyini qeyd ediblər.

Sonra EMTA-nın Enerji tənzimləmə və monitorinq departamentinin Enerji monitorinqi sektorunun böyük mütəxəssisi Vüqar Həşimov “Enerji sektorunda rəqəmsallaşma” və EMTA-nın Dövlət proqramları və strateji inkişaf şöbəsinin baş mütəxəssisi Sənan Abbasov “Elektrik şəbəkəsinə dair Qaydalar: EMTA-nın rolu” mövzusunda təqdimatlarla çıxış ediblər.

Görüş sual-cavab sessiyası ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
EMTA və EPDK Arasında Enerji Sektorunda Rəqəmsallaşma üzrə Təcrübə Mübadiləsi Keçirilib — Fins.az — Fins.az