
Əməkhaqqının artım tempi 16,4% təşkil etməklə, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib
"Fins.az"ın məlumatına görə bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan konfransda çıxış edərkən İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4 faiz təşkil edərək, orta illik inflyasiyanı üstələyib. Həmçinin qeyd edib ki, “Orta aylıq əməkhaqqının artım tempi 16,4 faiz təşkil etməklə, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib ki, bu da həm əmək haqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır”