
Elektronika bazarında yay endirimləri istehlakçı marağını artırır
Fins.az – “Baku Electronics” müştərilər üçün yay mövsümünə özəl endirim kampaniyası təqdim edir.
Şirkətin məlumatına görə, kampaniya çərçivəsində müştərilər hobbilərinə və şəxsi maraqlarına daha çox zaman ayırmaq üçün müxtəlif məhsulları sərfəli şərtlərlə əldə edə bilərlər.
“Baku Electronics”in yay fürsətləri çərçivəsində nağd alış zamanı böyük endirimlər təqdim olunur. Bundan əlavə, endirimli qiymətlə alınan məhsulların ödənişini 24 ayadək hissəli şəkildə həyata keçirmək mümkündür.
Şirkət bildirir ki, müştərilər planlaşdırdıqları məhsulları indi əldə edərək yay mövsümünə yeni imkanlar və rahatlıq qata bilərlər.
Təkliflər “bakuelectronics.az” saytı, mobil tətbiq və “Baku Electronics” mağazalarında keçərlidir.
Qeyd olunur ki, hissəli alış zamanı əlavə xidmət haqqı tətbiq oluna bilər.