Elektron Təhlükəsizlik Xidməti ABŞ şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Elektron Təhlükəsizlik Xidməti ABŞ şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

BİZNES
322

Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə ABŞ-nin “Fortinet” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Fins.az xəbər verir ki, bununla əlaqədar ETX-nin rəisi Samir Rəsulov ilə “Fortinet” şirkətinin regional satış meneceri Şaiq Səmədov arasında görüş keçirilib.

Görüş zamanı bildirilib ki, bu sənəd hər iki şirkət arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinə yol açacaq. Belə ki, Anlaşma Memorandumunun məqsədi ölkə səviyyəsində kibertəhdidlərin müəyyənləşdirilməsi və kiberinsidentlər barədə məlumat mübadiləsinin təşkil edilməsi, bununla bağlı birgə fəaliyyətin həyata keçirilməsi üçün əməkdaşlığın qurulmasıdır.

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Fortinet” şirkəti qlobal şirkətlər, xidmət təminatçıları və dövlət qurumları üçün kibertəhlükəsizlik və şəbəkə təhlükəsizliyinin təmin edilməsi üzrə məhsulları və müvafiq xidmətləri təklif edən nüfuzlu şirkətlərdən biridir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elektron Təhlükəsizlik Xidməti ABŞ şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək — Fins.az — Fins.az