EIA qlobal maye karbohidrogen hasilatı üzrə yeni proqnozlar açıqlayıb

EIA qlobal maye karbohidrogen hasilatı üzrə yeni proqnozlar açıqlayıb

BİZNES
257

2026-cı ildə dünyada neft və digər maye karbohidrogenlərin hasilatında azalma proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (Enerji İnformasiya Administrasiyası) “Qısamüddətli enerji proqnozu” adlı may hesabatında qeyd olunub.

Məlumata əsasən, 2026-cı ildə dünya üzrə neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 4,75 milyon barel azalaraq 106,35 milyon bareldən 101,60 milyon barelə enəcək.

Rüblük proqnozlara görə, 2026-cı ilin birinci rübündə dünya üzrə hasilat gündəlik 103,83 milyon barel, ikinci rübdə 95,39 milyon barel, üçüncü rübdə 100,53 milyon barel, dördüncü rübdə isə 106,63 milyon barel səviyyəsində olacaq.

EIA-nın hesabatında bildirilir ki, 2027-ci ildə qlobal maye karbohidrogen hasilatı yenidən artaraq gündəlik 109,50 milyon barel səviyyəsinə yüksələcək.

Proqnoza əsasən, 2027-ci ilin rübləri üzrə hasilat belə olacaq: birinci rübdə 108,02 milyon barel, ikinci rübdə 109,01 milyon barel, üçüncü rübdə 110,01 milyon barel, dördüncü rübdə isə 110,91 milyon barel.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...