EIA: Azərbaycanda gündəlik neft hasilatı 2025-2026-cı illərdə sabit qalacaq

EIA: Azərbaycanda gündəlik neft hasilatı 2025-2026-cı illərdə sabit qalacaq

BİZNES
942

ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2025-2026-cı illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

Finss.az EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2025-ci ildə ölkədə orta gündəlik neft hasilatının 630 min barel səviyyəsində qalacağı gözlənilir. Proqnozda dəyişiklik baş verməyib.

EIA-nın ehtimallarına əsasən, 2026-cı ildə isə bu göstərici 610 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozla eynidir.

Məlumata görə, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.

Xatırladaq ki, 2023-cü ildə bu göstərici 620 min barel, 2022-ci ildə 670 min barel, 2021-ci ildə isə 720 min barel olub.

Tarixi göstəricilərə nəzər salsaq, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 780 min barel, 2020-ci ildə isə 700 min barel təşkil edib.

Bu tendensiya göstərir ki, ölkədə neft hasilatında azalma davam edir və qarşıdakı illərdə də sabit səviyyədə qalması gözlənilir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
EIA: Azərbaycanda gündəlik neft hasilatı 2025-2026-cı illərdə sabit qalacaq — Fins.az — Fins.az