EIA 2026–2027-ci illər üçün Azərbaycanın neft hasilatı gözləntilərini açıqladı

EIA 2026–2027-ci illər üçün Azərbaycanın neft hasilatı gözləntilərini açıqladı

BİZNES
100

Fins.az – ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanın 2026–2027-ci illər üzrə neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb.

EIA-nın 2026-cı ilin iyul ayı üzrə qısamüddətli enerji proqnozuna əsasən, Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə orta hesabla sutkada 0,55 milyon barel, 2027-ci ildə isə 0,52 milyon barel təşkil edəcəyi gözlənilir.

Bununla da EIA əvvəlki hesabatla müqayisədə Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişməz saxlayıb.

Proqnoza görə, hasilat 2025-ci il üzrə qiymətləndirilən sutkada 0,57 milyon barel səviyyəsi ilə müqayisədə azalacaq.

Qurumun hesablamalarına əsasən, Azərbaycanda neft hasilatı 2026-cı ilin birinci rübündə orta hesabla sutkada 0,56 milyon barel olub. İkinci rübdə bu göstərici 0,55 milyon barelə enib. Üçüncü və dördüncü rüblərdə isə hasilatın sutkada 0,54 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır.

EIA-nın gözləntilərinə görə, 2027-ci ildə də azalma tendensiyası davam edəcək. Belə ki, birinci rübdə hasilatın sutkada 0,53 milyon barel, ikinci və üçüncü rüblərdə 0,52 milyon barel, dördüncü rübdə isə 0,51 milyon barel olacağı gözlənilir.

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bunun 16,2 milyon tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının, 3,8 milyon tonu "Şahdəniz", 0,6 milyon tonu "Abşeron" yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Həmin dövrdə ölkədən qaz kondensatı da daxil olmaqla 23,1 milyon ton neft ixrac olunub. İxracın 20 milyon tonunu konsorsiumlar, 2,5 milyon tonunu SOCAR, 0,6 milyon tonunu isə JOCAP həyata keçirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
EIA 2026–2027-ci illər üçün Azərbaycanın neft hasilatı gözləntilərini açıqladı — Fins.az — Fins.az