
Əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri artıb?-RƏSMİ AÇIQLAMA
2022-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 103,3%, əvvəlki ilin sentyabr ayına nisbətən 111,4% təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Məlumata görə cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların kimyəvi təmizlənməsi, ayaqqabıların, mənzillərin, məişət cihazlarının, mebellərin, minik avtomobillərinin təmiri, ictimai iaşə, tibbi, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Qeyd edilib ki,digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.