Əhalinin hər nəfərinə nə qədər ÜDM istehsal olunub? -MƏBLƏĞ

Əhalinin hər nəfərinə nə qədər ÜDM istehsal olunub? -MƏBLƏĞ

BİZNES
622

2021-ci ilin yanvar-mart aylarında ölkədə 18 921,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3% az ümumi daxili məhsul istehsal olunub

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə,iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,1 faiz artmışdır. ÜDM istehsalının 40,5 %-i sənaye, 10,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 %-i tikinti, 3,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 %- informasiya və rabitə, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,1 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 %-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1891,1 manata bərabər olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...