Əczaçılıq sektorunda Hindistan-Azərbaycan Biznes Tədbiri keçiriləcək

Əczaçılıq sektorunda Hindistan-Azərbaycan Biznes Tədbiri keçiriləcək

BİZNES
1,323

Martın 16-da Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurasının (Pharmexcil) başçılıq etdiyi Hindistanın 50-yə yaxın əczaçılıq şirkətindən ibarət nümayəndə heyətinin Bakıya səfəri ilə bağlı, Hindistanın Bakıdakı Səfirliyi Əczaçılıq üzrə Hindistan-Azərbaycan Biznes Tədbiri təşkil edəcək.

Bu barədə Fins.az-a Hindistan Səfirliyindən məlumat verilib.

Tədbir iki hissədən ibarət olacaq. Belə ki, ilk hissədə əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığına dair konfrans, ikinci hisssədə isə Hindistanın əczaçılıq şirkətləri ilə B2B (ikitərəfli) görüşlər keçiriləcək.

Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) 2004-cü ildə Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyi tərəfindən əczaçılıq sektorunda əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb və əczaçılıq məhsullarının ixracının təşviqində vasitəçi rolunu oynayır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əczaçılıq sektorunda Hindistan-Azərbaycan Biznes Tədbiri keçiriləcək — Fins.az — Fins.az