
Dünyada bərpaolunan enerji mənbələrinin gücü 15% artıb
Fins.az - 2025-ci ildə dünyada bərpaolunan enerji mənbələrinin ümumi gücü 15,5% artaraq 5 149 giqavata çatıb, xəbər verir Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA). Hesabatda vurğulanır ki, xüsusilə Yaxın Şərqdəki münaqişələr və geosiyasi gərginliklər enerji təhlükəsizliyini qlobal gündəmin əsas mövzusuna çevirib.
Bərpaolunan enerji mənbələri sürətli tətbiq imkanları, yerli resurslara əsaslanması və aşağı maya dəyəri ilə ölkələrin beynəlxalq yanacaq bazarlarından asılılığını azaltmağa imkan verir və daha dayanıqlı enerji sistemlərinin qurulmasına xidmət edir.