Dünya bazarında neft qiymətləri yüksəlib

Dünya bazarında neft qiymətləri yüksəlib

BİZNES
525

Fins.az - Dünya birjalarında neftin qiyməti artım nümayiş etdirib.

Intercontinental Exchangein London birjasında “Brent” markalı neftin bir bareli 3,54 dollar bahalaşaraq 109,26 dollar olub.

Eyni zamanda, New York Mercantile Exchange (NYMEX) birjasında “Light” (WTI) markalı neftin bir barelinin qiyməti 4,25 dollar artaraq 105,42 dollara çatıb.

Analitiklər qiymət artımını Yaxın Şərqdə davam edən gərginlik və qlobal enerji təchizatı ilə bağlı narahatlıqlarla əlaqələndirirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya bazarında neft qiymətləri yüksəlib — Fins.az — Fins.az