Dövlət Xidmətindən dövlət satınalmalarında fəal iştiraka DƏVƏT

Dövlət Xidmətindən dövlət satınalmalarında fəal iştiraka DƏVƏT

BİZNES
404

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarları həyata keçirilən dövlət satınalmalarında fəal iştiraka dəvət edir.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayımlayıb.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının şəffaflaşdırılması, satınalmaların sahibkarlıq subyektləri üçün əlçatanlığının daha da artırılması, sağlam rəqabət mühitinin yaradılması, həmçinin təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti üzrə tədbirlərini davam etdirir, bu istiqamətlərdə aidiyyəti qurumlarla əməkdaşlığını genişləndirir.

Sahibkarlar elan olunan tenderlər barədə e-tender.gov.az portalı və KİV vasitəsilə məlumat əldə etməklə, öz fəaliyyət istiqamətləri üzrə qeydiyyatdan keçməklə tenderlərdə iştirak edə bilərlər.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət Xidmətindən dövlət satınalmalarında fəal iştiraka DƏVƏT — Fins.az — Fins.az