
Dövlət Neft Fondu qızıl ehtiyatlarını artırıb
2026-cı ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatlarının həcmi 178,1 ton təşkil edib.
Fins.az-ın Fondun məlumatına istinadən xəbərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 ton və ya 7,7% artım deməkdir.
Portfeldə qızılın payı artır
Hesabat dövrünə əsasən, ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 35,6% səviyyəsinə yüksəlib.
Qiymət dinamikası və gəlirlər
Məlumata görə, qızıl 2026-cı ilə yüksək qiymət dinamikası ilə başlayıb. Mart ayında müəyyən eniş müşahidə olunsa da, ümumilikdə rüb müsbət nəticə ilə yekunlaşıb.
Bu proses ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirlərin formalaşmasına müsbət təsir göstərib və fondun ümumi investisiya gəlirlərini dəstəkləyib.