Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 32%-dən çox artıb

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 32%-dən çox artıb 

BİZNES
993

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 227,449 milyon manat təşkil edib.

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb.

Məlumata görə,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,4 % çoxdur.

Məlumata görə,gömrük rüsumları üzrə daxilolmalar 17,7 % artaraq 1 milyard 24,384 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 39,8 % artaraq 3 milyard 034,745 milyon manat, aksizlər üzrə daxilolmalar 0,55 % artaraq 121,204 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 48,6 % artaraq 47,117 milyon manat təşkil edib. 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 32%-dən çox artıb — Fins.az — Fins.az