Donald Tramp Nvidia və Boeing səhmlərinə yatırım edib

Donald Tramp Nvidia və Boeing səhmlərinə yatırım edib

BİZNES
445

Fins.az - Donald Trump 2026-cı ilin birinci rübündə bir sıra iri Amerika şirkətlərinin səhmləri və istiqrazlarına milyonlarla dollar həcmində investisiya edib.

Məlumat ABŞ Hökumət Etikası İdarəsinə təqdim olunan və mayın 14-də açıqlanan maliyyə sənədlərində yer alıb. 100 səhifədən çox olan hesabatda investisiyaların məbləği geniş diapazonlarda göstərilib.

Sənədlərə əsasən, Tramp Nvidia, Oracle, Microsoft, Boeing və Costco Wholesale kimi şirkətlərin qiymətli kağızlarına hər biri üzrə 5 milyon dollara qədər yatırım edib.

Ekspertlər qeyd edirlər ki, bu investisiyalar texnologiya, sənaye və pərakəndə satış sektorlarına marağın davam etdiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Donald Tramp Nvidia və Boeing səhmlərinə yatırım edib — Fins.az — Fins.az