
Dolar ilin əvvəlindən maksimuma çatdı – neft qiymətləri artımda
Fins.az - Amerika dolları həftəni 2026-cı ilin ən yüksək səviyyəsində başa vurub. Güclənməsinə səbəb investorlar üçün əsas “sakit liman” kimi maraq göstərilməsi, Yaxın Şərqdə gərginliyin artması və enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsidir. Bloomberg Dollar Spot indeksi cümə günü 0,6% artaraq ikinci ardıcıl həftə yüksəlişlə başa çatıb. Mart ayının əvvəlindən göstərici 2,5% artıb ki, bu da ABŞ, İsrail və İran arasında konfliktin başlanmasından sonra bazar əhval-ruhiyyəsinin kəskin dəyişməsini göstərir.
Dolları dəstəkləyən amillər digər valyutaların zəifləməsi və neftin qiymətinin yüksəlməsidir – kotirovkalar 1 barel üçün 100 ABŞ dollarından yuxarıdır. Xüsusilə enerji idxalından asılı ölkələrin valyutaları – Yaponiya iyenası və avro – təzyiq altında qalıb.