Devops Days Baku 2020 -nin vaxtı açıqlandı

Devops Days Baku 2020 -nin vaxtı açıqlandı

BİZNES
511

 Bakıda növbəti DevopsDays Baku tədbiri  keçiriləcək 

Fins.az xəbər verir ki,onlayn şəkildə baş tutacaq tədbirdə həm texniki həm də qeyri-texniki mövzuları əhatə edən çıxışlar olacaq. Texniki mövzulardan - mikroservis arxitekturası, ümumi devops tətbiqi, kubernetes; Qeyri-texniki mövzulardan - DevOps mədəniyyət olaraq, agile üslubda işin təşkili, mühəndisin inkişafı, soft bacarıqlar barədə fikir mübadiləsi aparılacaq. Tədbirdə həm yerli, həm də xarici spikerlər çıxış edəcək.Oktyabrında baş tutacaq tədbirin təşkilatçıları SUP.VC Akselerasiya Mərkəzi və PAŞA Bank-dır. 

Qeyd edək ki, Devopsdays dünyanın bir çox yerində, adətən fiziki yerlərdə baş verən ancaq bu il pandemiyayla bağlı olaraq onlayn rejimdə keçiriləcək beynəlxalq tədbirdir. Devopsdays, proqram təminatı, İT infrastruktur əməliyyatları və aralarındakı kəsişmənin mövzularını əhatə edən dünya miqyaslı texniki konfransdır. Konfrans həm texniki, həm də təşkilatlarda mədəniyyət, proseslər və sturkturlara yönəlmişdir.

Qeyd edək ki, Devopsdays ilk dəfə 2009-cu ildə Belçikanın Gent şəhərində keçirilib.

Tədbirin qeydiyyatına bu gündən başlayaraq start verilir. Linkə daxil olaraq qeydiyyatdan keçə bilrsiniz:  //forms.gle/GQm5VR4vtovCj1M86

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Devops Days Baku 2020 -nin vaxtı açıqlandı — Fins.az — Fins.az