Dekabrda qeyri-qida mallarında qiymətlər: Məişət cihazları bahalaşıb, kompüterlər ucuzlaşıb

Dekabrda qeyri-qida mallarında qiymətlər: Məişət cihazları bahalaşıb, kompüterlər ucuzlaşıb

BİZNES
335

Finss.az - 2024-cü ilin dekabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,6 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma məişət cihazlarının və şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, ortopedik döşəklərin, fərdi kompüter və noutbukların qiymətlərində müşahidə olunub.

Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dekabrda qeyri-qida mallarında qiymətlər: Məişət cihazları bahalaşıb, kompüterlər ucuzlaşıb — Fins.az — Fins.az