Daha bir Azərbaycan şirkəti xarici bazara çıxmağı hədəfləyir

Daha bir Azərbaycan şirkəti xarici bazara çıxmağı hədəfləyir

BİZNES
315

İşğaldan azad edilmiş ərazilərdə salınan park və uşaq meydançalarında Azərbaycan şirkətinin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi avadanlıqlardan istifadə edilir. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına idman avadanlıqları istehsalçısı olan “Pro sport” şirkətinin nümayəndəsi Aytən Quliyeva deyib.

Onun sözlərinə görə, 15 ildir ki, müxtəlif növ idman alətləri, fitnes avadanlıqları istehsal edən şirkət Laçın, Kəlbəcər və Zəngilanda müxtəlif layihələrin həyata keçirilməsində iştirak edir: “Bu bölgələrdə işlər görürük. Eyni zamanda dövlət müəssisələri üçün də idman meydançaları qurmuşuq. Məhsullarımızı xarici bazarlara da çıxarmaq istəyirik”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Daha bir Azərbaycan şirkəti xarici bazara çıxmağı hədəfləyir — Fins.az — Fins.az