Çində neft idxalı 2022-ci ildən bəri minimum səviyyəyə düşüb

Çində neft idxalı 2022-ci ildən bəri minimum səviyyəyə düşüb

BİZNES
463

Fins.az - Çin aprel ayında neft idxalını son dörd ilə yaxın dövrün ən aşağı səviyyəsinə endirib. Buna səbəb qlobal bazarda neft təklifinin azalması və Yaxın Şərqdəki gərginlik fonunda yaranan enerji böhranı göstərilir.

Çinin Baş Gömrük İdarəsinin məlumatına görə, ölkə ötən ay ümumilikdə 38,47 milyon ton neft idxal edib. Bu göstərici gündəlik təxminən 9,36 milyon barelə bərabərdir.

Belə aşağı idxal həcmi sonuncu dəfə 2022-ci ilin iyul ayında qeydə alınmışdı. Ekspertlər hesab edirlər ki, enerji bazarındakı qeyri-sabitlik və yüksək qiymətlər Çinin idxal siyasətinə birbaşa təsir göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çində neft idxalı 2022-ci ildən bəri minimum səviyyəyə düşüb — Fins.az — Fins.az