
Cinayət tərkibi yaradan vergi boclarından büdcəyə ödənilən vəsaitin miqdarı AÇIQLANIB
Vergi borcu üzrə cinayət tərkibi yaradan və yerli vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 28,8 milyon manat vəsait ödənilib.
Fins.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayımlayıb.
Məlumatda bildirlir ki, cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 21 nəfər tutularaq təhvil verilib, 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, ibtidai istintaqdan yayınan 355 nəfər dindirilməsi üçün məcburi qaydada gətirilib, 1260 şəxsin tapılaraq istintaqa gətirilməsi təmin edilib.
Hesabat dövründə müxtəlif sahələr üzrə fəaliyyət göstərən 374 vergi ödəyicisində 556 vergi nəzarəti tədbirləri həyata keçirilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində 43 vergi ödəyicisinə məxsus obyektlərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi, 33 şəxsin vergi orqanında uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, 178 vergi ödəyicisinin 2.296 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkar olunub.