
Çin ABŞ-ın 56 şirkətinə qarşı ticarət məhdudiyyətləri tətbiq edib
Fins.az - Çinnin Ticarət Nazirliyi ABŞ-ın 56 şirkətinə qarşı yeni ticarət məhdudiyyətləri tətbiq edib.
Məlumata görə, məhdudiyyətlər çərçivəsində müdafiə sənayesi ilə əlaqəli on Amerika şirkətinə hərbi məqsədlər üçün istifadə oluna biləcək Çin məhsullarının satışı qadağan olunur.
Nazirlik bildirib ki, qərar milli təhlükəsizliyin qorunması və silahların yayılmaması sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədi daşıyır.
Bu addım ABŞ Müdafiə Nazirliyinin iyun ayında bir sıra Çin şirkətlərini, o cümlədən Alibaba, Baidu və BYD-ni “qara siyahı”ya daxil etməsindən sonra atılıb.
Ekspertlər hesab edirlər ki, qərar iki ölkə arasında texnologiya və ticarət sahəsində gərginliyin davam etdiyini göstərir.