Cənub Qaz Dəhlizi həm şaxələndirmə, həm də dekarbonizasiya üçün potensial vasitədir - Despina Paliaruta

Cənub Qaz Dəhlizi həm şaxələndirmə, həm də dekarbonizasiya üçün potensial vasitədir - Despina Paliaruta

BİZNES
483

Cənub Qaz Dəhlizi Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində strateji rolunu qoruyur.

Fins.az xəbər verir ki, bunu Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral resurslar üzrə Baş katibi Despina Paliaruta Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasında bildirib.

O qeyd edib ki, dəhliz dərin geosiyasi sarsıntılarla dolu bir dövrdə etibarlı şaxələndirmə marşrutu və region üçün sabitləşdirici amil kimi çıxış edir:

“Cənub Qaz Dəhlizi yalnız şaxələndirmə marşrutu kimi deyil, həm də dekarbonizasiya üçün potensial vasitə kimi qiymətləndirilməlidir.”

Qeyd olunur ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir:

“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər TAP vasitəsilə 56 milyard kubmetr qaz nəql olunub. Cari ilin yanvar ayında TAP ilk genişləndirmə prosesindən keçərək illik 1,2 milyard kubmetr əlavə həcmi təmin edib və 2026-cı ildən Avropa bazarına əlavə qaz tədarükünü mümkün edəcək.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cənub Qaz Dəhlizi həm şaxələndirmə, həm də dekarbonizasiya üçün potensial vasitədir - Despina Paliaruta — Fins.az — Fins.az