
Cari ildə informasiya və rabitə xidmətlərinin dəyəri artıb
Yanvar-noyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 1 milyard 996,1 milyon manatlıq xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 11 ayında göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 1,6 faiz artıb.