Bulvarda “KOB Fest” keçiriləcək

Bulvarda “KOB Fest” keçiriləcək

BİZNES
407

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı sakinlərini və şəhərimizin qonaqlarını Bakı Bulvarında (Kukla Teatrının arxası) təşkil ediləcək ilin son “KOB Fest” – sərgi-satış yarmarkasına dəvət edir.

Qurumdan “Fins.az”a verilən məlumata görə, “KOB Fest” 14-15 oktyabr tarixlərində saat 10:00-dan 18:30-dək paytaxt sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaq.

Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim ediləcək və satılacaq. Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksessuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və s. nümayiş olunacaq.

“KOB Fest”in təşkilində məqsəd mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satış imkanlarını genişləndirmək, yerli məhsulların tanıdılmasıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bulvarda “KOB Fest” keçiriləcək — Fins.az — Fins.az