
Bu şəxslərə indiyədək 37 mln manatdan artıq vəsait ödənilib-NAZİRLİK AÇIQLADI
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə hesabatı (24.04.2020 il tarixinə) açıqlayıb.
Fins.az xəbər verir ki, hesabatda indiyədək müraciət etmiş vergi ödəyicilərinin sayı 21.432, vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı isə 224.602 nəfər olduğu bildirilir.
Müraciət edənlər üçün 77.982,8 min manat, o cümlədən, 1-ci ay 38.991,4 min manat (50%) ödənilməsi nəzərdə tutulur.
Faktiki olaraq 16.814 vergi ödəyicisinə, həmin vergi ödəyiciləri üzrə isə 162.217 muzdlu işçiyə ödəniş edilib.
Ödənilmiş vəsaitin məbləği 37.005,4 min manatdır.
Tədbirin icrası üzrə ümumilikdə 215,0 milyon manat vəsait nəzərdə tutulur.
Xatırladaq ki, bu ödəmələr koronvirus pandemiyasından zərər çəkmiş muzdlu işçilərə dövlət tərəfindən dəstək məqsədilə həyata keçirilir.