Bu şəxslər dövlət büdcəsinə  22 milyon 999,2 min manat ödəyib

Bu şəxslər dövlət büdcəsinə 22 milyon 999,2 min manat ödəyib

BİZNES
774

2019-cu il ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, aksizsiz məhsulları satmaq və satış məqsədilə saxlamaq, idxal etmək, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı, saxta aksiz markalarını hazırlamaq, əldə etmək, saxlamaq, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalamaq, saxlamaq və ya satmaq faktları üzrə ümumilikdə 320 cinayət işi başlanılıb.

Fins.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayımlayıb

Məlumatda bildilir ki, hesabat dövründə əvvəlki ildən qalıq qalmış işlər də nəzərə alınmaqla, cəmi 293 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 167-nin icraatına xitam verilib, 149 nəfər barəsində 126 cinayət işi məhkəməyə göndərilib.

İcraatına xitam verilən 167 cinayət işindən 82 iş üzrə vergi ödəyiciləri yayındırılmış vergiləri ibtidai istintaq zamanı tamamilə ödəyiblər. 2019-cu il ərzində 22 milyon 999,2 min manat məbləğində ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu şəxslər dövlət büdcəsinə 22 milyon 999,2 min manat ödəyib — Fins.az — Fins.az